"Mən qoca deyiləm"

23 Oktyabr 2026 13:07

80 yaşlı ABŞ prezidenti Donald Tramp özünü qoca hesab etmədiyini bildirib. 

Milli.Az xəbər verir ki, o, bunu  Ayova ştatındakı tərəfdarları ilə görüşündə deyib. 

"Mən yaşlı deyiləm, xeyr, 40 yaşdan yuxarıyam. Mən o yaşda olduğum kimi eyni hissləri keçirirəm", - deyə Amerika lideri ifadə edib. 

Tramp əlavə edib ki, o, üç idrak testindən uğurla keçib. "Düşünürəm ki, istənilən prezidentliyə namizəd idrak testlərindən keçməlidir", - deyə o bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)