Azərbaycanda kombilər dəyişdiriləcək?

23 Oktyabr 2026 17:09

Azərbaycanda qazla işləyən kombi sistemlərinin gələcəkdə mərhələli şəkildə elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin edilməlidir. Bu məqsəd "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda öz əksini tapıb.

Bəs bu dəyişiklik necə reallaşdırılacaq və elektrik istilik nasosları ölkəmizin iqlim şəraitində nə dərəcədə effektiv olacaq?

Məsələ ilə bağlı  millət vəkili Vüqar Rəhimzadə bildirib ki, aşağıkarbonlu inkişaf strategiyasının təsdiqlənməsi ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması baxımından əhəmiyyətli addımdır.

Onun sözlərinə görə, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi və müasir enerji texnologiyalarının tətbiqi hazırda dünya ölkələrinin əsas prioritetləri sırasındadır. Bu sahədə həyata keçiriləcək təşəbbüslər ətraf mühitin qorunmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verə bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)