Cəlilabad rayon icra hakimiyyətinin başçısına yeni müavin təyinatı həyata keçirilib.
Milli.Az Report-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq əmri ilə Vahid Mirzəyev icra başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, V. Mirzəyev bu təyinata qədər Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)