Köçəryanın oğlunun həbs müddəti uzadıldı

23 Oktyabr 2026 11:00

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə vəkil Hakob Küreqyan məlumat verib.

Qeyd edək ki, Robert Koçaryana və daha doqquz nəfərə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları üzrə cinayət təqibi başlanıb.

İş çərçivəsində Koçaryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)