Yolu keçərkən bu səhvi etməyin - DYP-dən xəbərdarlıq

23 Oktyabr 2026 10:22

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevrir.

Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən  çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)