İspaniyanın "Real" (Madrid) klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.
Milli.Az xəbər verir ki, "Kral klubu" üç il əvvəl heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə barədə razılığa gəlib.
Qeyd edək ki, Arda Güler cari mövsümdə məhsuldar ötürmələri ilə diqqət çəkib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)