Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)

22 Oktyabr 2026 20:35

Oktyabrın 21-də gecə saatlarında Qobustan qəsəbəsində şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə xəsarət yetirib.

Milli.Az Unikal.az-a istinadən xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

------------

Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.

Milli.Az Unikal.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Qeyd edək ki, R.Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)