Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb".
-------
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)