UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

22 Oktyabr 2026 19:24

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, bu ada İngiltərənin "Mançester Siti" klubundan Fil Foden layiq görülüb.

26 yaşlı yarımmüdafiəçi Yunanıstanın AEK klubuna 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)