Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

22 Oktyabr 2026 17:18

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər - 1961-ci il təvəllüdlü L.Məmmədova, 1990-cı il təvəllüdlü S.Məmmədova və 1991-ci il təvəllüdlü S.Mehdiyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.