Nizami Kino Mərkəzində VI BuktreylerBeynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirilib.
Şüarı "Kitabı tanıdın, kitabla tanının!" olan festivalın məqsədi kitab və mütaliənin təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Mükafatlandırma Mərasimində çıxış edən layihənin təsisçisi və rəhbəri, kinoaktyor Ruslan Sabirli festivala 20-yə yaxın ölkədən 50-yə yaxın filmin qəbul edildiiyni söyləyib. Bu isə dünyada Buktreyler Festivalının müsbət potensialından xəbər verdiyinin vurğulayıb.
Daha sonra səhnədə Münsiflər Heyətinin üzvləri təqdim olunub: Emin Mirabdullayev (rejissor/Azərbaycan), Hatice Öksüz (visual dizayner/Türkiyə), Günel Əsgərova (yazıçı/Azərbaycan)
Beynəlxalq müsabiqənin qalibləri aşağıdakı filmlər olmuşdur:
ƏN YAXŞI TAMMETRAJLI KİTAB FİLMİ: "Her Cold Heart"(Rusiya) | Vladimir KOTT
ƏN YAXŞI QISAMETRAJLI KİTAB FİLMİ: "Christmass Tree" (Rusiya) | Olqa UŞAKOVA
ƏN YAXŞI BUKTİZER: "Aletheia. A Ben-Hur Saga" (İngiltərə) | Luici KOLİ
ƏN YAXŞI BUKTREYLER: "The Man With The Longest Shadow"(İspaniya) | Martin ROMANELLA
ƏN YAXŞI MOBİL BUKTREYLER: "And Don't Look At The Camera" (İtaliya) | Valentina KONFUORTO
ƏN YAXŞI SÜNİ İNTELLEKT BUKTREYLERİ: "Iren's Life" (İspaniya) | Pablio SEZAR
ƏN YAXŞI POEZİYA BUKTREYLERİ: "The Girl In The Elevator" (Çin) | Qanq JAO
ƏN YAXŞI TRİLLER BUKTREYLERİ: "Red Hotel" (ABŞ) | Nel TİER
ƏN YAXŞI FANTASTİKA BUKTREYLERİ: "Assistant To The Villain" (Rumıniya) | Amos-Antonius BRADATANU
ƏN YAXŞI ANİMASİYA BUKTREYLERİ: "Awakening Of Colors" (Meksika) | Aleks KARRİLO
ƏN YAXŞI TƏLƏBƏ BUKTREYLERİ: "The Wolf And The Fox" | Alina ZELİANKOVA
Yerli müsabiqədə qalib seçilən filmlər isə aşağıdakılardır:
ƏN YAXŞI QISAMETRAJLI KİTAB FİLMİ: "Adı olmayan bir hekayə" | Nazim MUSABƏYLİ
ƏN YAXŞI BUKTREYLER: "Gəlinlik" | Şəhriyar CAMALBƏYLİ
ƏN YAXŞI MOBİL BUKTREYLER: "Qərib" | Sahil YADİGARLI
ƏN YAXŞI SÜNİ İNTELLEKT BUKTREYLERİ: "Güzgü: İnsanlığın digər tərəfi" | Ruslan İBRAHİMLİ
ƏN YAXŞI ANİMASİYA BUKTREYLERİ: "Üç ipucu" | Aslan MƏHƏRRƏMLİ
Tədbirdə münsiflər heyətinin üzvləri və kino sahəsinin tanınmış simaları çıxış edərək qalibləri elan etmiş, eləcə də qaliblər çıxış edərək diplomlarını almışlar.
SBRLY tərəfindən keçirilən "Kitabı tanıdın, kitabla tanının!" (Film the book, get the look!) sloqanlı Buktreyler Beynəlxalq Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az и Azernews.az
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.booktrailerfest.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
Facebook: https://www.facebook.com/BooktrailerFest
Instagram: https://www.instagram.com/BooktrailerFest