Xocalı və Ağdərəyə növbəti köç olub

22 Oktyabr 2026 15:10

Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç həyata keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.

Köç prosesi çərçivəsində Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər) köçürülüb.

Bununla yanaşı, Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) yerləşdirilib.

Beləliklə, bu mərhələdə ümumilikdə 44 ailənin 176 üzvünün doğma yurdlarına qayıdışı təmin olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)