Türkiyədə fondlarla bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində AK Partiyanın keçmiş deputatı və sabiq baş nazirin müşaviri Ertan Aydın saxlanılıb.
Milli.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 31 şübhəli barəsində saxlanılma qərarı verilib.
Kapital Bazarları Şurasının təqdim etdiyi hesabatlar və rəsmi müraciətlər əsasında başladılan əməliyyatın ilk mərhələsində 26 nəfər saxlanılıb. Axtarışda olan daha beş nəfərin də tutulması ilə saxlanılanların sayı 31-ə çatıb. Onların arasında Ertan Aydın, Abdullah Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da var.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)