Xəbər verdiyimiz kimi, Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu vəzifəyə təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
O.Məmmədov daha əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsini də tutub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)