Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)

22 Oktyabr 2026 12:06

XVIII əsrdə Azərbaycan ənənələrində kəlağayı yalnız geyim elementi deyil, həm də müəyyən mesajların çatdırılması vasitəsi olub.

Bunu Milli.Az-a açıqlamasında "Süsən" Kəlağayı Mərkəzinin direktoru İradə Abdullazadə deyib. 

Məlumata görə, bənövşəyi rəngli xüsusi kəlağayılar qızlar ərə gedərkən ataları tərəfindən onlara hədiyyə edilirdi.

Rəvayətə görə, qadın ər evində şiddətə və zorakılığa məruz qaldıqda həmin kəlağayını başına ataraq gəzərdi. Bu, onun ata evinə göndərdiyi bir növ SOS siqnalı hesab olunurdu.

Beləliklə, kəlağayı qadının üzləşdiyi çətinliyi ailəsinə çatdırmaq üçün simvolik vasitə rolunu oynayırdı.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)