15 il sonra yenidən eyni filmdə - (Foto)

22 Oktyabr 2026 11:38

"Muhteşem Yüzyıl" serialında Hürrem Sultan və Qanuni Süleyman obrazları ilə yadda qalan Meryem Uzerli və Halit Ergenç illər sonra yenidən eyni filmdə bir araya gəliblər.

Milli.Az xəbər verir ki, aktyorlar baş rollarda çəkildikləri "İmrozda Bahar" filminin dünya premyerası münasibətilə Misirdə təşkil olunan "El Gouna" film festivalının qırmızı xalçasına çıxıblar.

Qeyd edək ki, Meryem Uzerli və Halit Ergenç təxminən 15 il əvvəl "Muhteşem Yüzyıl" serialında tərəf müqabili olublar. Onların yeni filmdə yenidən bir araya gəlməsi pərəstişkarlarının diqqətini çəkib.

Milli.Az