Sergen Yalçının Türkiyə millisindəki qazancı bəlli oldu

22 Oktyabr 2026 10:05

Türkiyə futbolunda Sergen Yalçının milli komandanın baş məşqçisi postuna təyinatından sonra onunla bağlı yeni detallar ortaya çıxıb. Bu dəfə mütəxəssisin müqavilə qarşılığında əldə edəcəyi məbləğ diqqət çəkib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, jurnalist İbrahim Setenin məlumatlarına əsasən, Sergen Yalçının illik məvacibi 2,5 milyon avro təşkil edəcək.

Məlumata əsasən, tərəflər arasında dördillik anlaşmanın imzalanması planlaşdırılır. Müqavilədə nəzərdə tutulan təzminatın isə 1 milyon 50 min avro olduğu iddia edilir.

Qeyd edək ki, Sergen Yalçının müqaviləsinin müddəti və maliyyə şərtləri ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)