Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı

22 Oktyabr 2026 09:57

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq.

Milli.Az xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək.

Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-ü olacaq./metbuat.az

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)