Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına dron hücumu olub.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı husilərlə döyüşən Yəmən hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və onların mövqelərinə hava hücumları həyata keçirir. Buna cavab olaraq husilər krallığın infrastrukturuna qarşı hərbi əməliyyatlar həyata keçirirlər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)