Müğənni Aysun İsmayılova sənətə gəlişi və əslində hansı peşəni seçmək istədiyi barədə danışıb.
Milli.Az xəbər verir ki, ifaçı bu barədə televiziya proqramlarından birində səmimi açıqlama verib. O, bildirib ki, Rusiyada modelyer-dizaynerlik üzrə təhsil alıb və bir müddət məhz bu sahədə çalışıb.
Aysunun sözlərinə görə, sonradan fikrini dəyişərək müğənniliyə yönəlib:
"Əslində, müğənnilik arzum olmayıb. Modelyer-dizayner olmaq istəyirdim. Rusiyada bu sahə üzrə təhsil aldım, bir müddət də işlədim. Sonra gördüm ki, çörək müğənnilikdədir və yavaş-yavaş istiqamətimi dəyişdim. Anam müğənni olduğu üçün mən də güzgü qarşısında oxuyan uşaqlardan olmuşam".
Sənətçinin açıqlaması onun musiqi karyerasına necə başladığına dair maraqlı məqamları üzə çıxarıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)