Çinli müğənni konsertdə səhnədən yıxıldı (Video)

22 Oktyabr 2026 09:30

Çinli müğənni Zhang Liangying səhnədə bədbəxt hadisə ilə üzləşib.

Milli.Az xəbər verir ki, ifaçı doğum günü münasibətilə təşkil olunan konsertdə çıxışı zamanı təxminən iki metr hündürlükdən yerə düşüb. 

Müğənninin qoruyucu məhəccərlə təchiz olunmayan platformadan yıxıldığı an lentə alınıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılaraq müzakirələrə səbəb olub.

Kadrlarda sənətçinin səhnədə yaşadığı təhlükəli an diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)