Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar.
Milli.Az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub.
Qeyd edək ki, Halit və Məryəm daha əvvəl "Möhtəşəm yüz il" serialında birlikdə rol alıblar. Serialda Halit "Sultan Süleyman"ı, Məryəm isə "Hürrəm Sultan"ı canlandırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)