Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.
Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)