Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək

21 Oktyabr 2026 17:50

VICTOR VIVA MUSIC (Bakı - Nyu-York) Beynəlxalq Klassik Musiqi Müsabiqəsi çərçivəsində tanınmış pianoçu, Rusiyanın Əməkdar artisti, P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Yevgeni Vladimiroviç Mixaylovun ustad dərsi keçiriləcək.

Görüş oktyabrın 30-u Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutacaq.

Ustad dərsi gənc pianoçulara və musiqi təhsili alantələbələrə tanınmış musiqiçi və pedaqoqla birbaşa işləmək, musiqi əsərlərinin interpretasiyası, ifaçılıq texnikası və bədiiifadə vasitələri ilə bağlı peşəkar tövsiyələr almaq üçündəyərli imkan yaradır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az