Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib

21 Oktyabr 2026 17:25

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)