“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)

21 Oktyabr 2026 17:29

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində "Sərhədsiz musiqi" adlı konsert proqramı təqdim olunub.

Opera müğənnisi Yevgeniya Məmmədovanın tələbələrinin iştirakı ilə keçirilən konsertdə dünya klassik musiqisinin tanınmış nümunələri səsləndirilib. Proqramda Cakomo Puççini, Volfqanq Amadey Motsart, Kristof Qlük, Şarl Quno, Nikolay Rimski-Korsakov və digər bəstəkarların əsərləri yer alıb.

Konsert proqramında Leyla Qürbətli, Teymur Qarayev, Fatimə Qürbətova, Emin İskəndərli, Mişel Məhəmədova, Zəminə Nurlayeva, Aida Cümşümlü və Elmira Hüseyeva çıxış ediblər. İfaçılar opera ariyaları və müxtəlif vokal əsərləri təqdim edərək klassik musiqinin zənginliyini və çoxşaxəli ifadə imkanlarını nümayiş etdiriblər.

"Muzeydə musiqi" layihəsi çərçivəsində təşkil olunan konsertlər Azərbaycan Milli İncəsənət Muzeyində musiqi və təsviri sənətin qarşılıqlı əlaqəsini ön plana çıxarır, ziyarətçilərə incəsənətin müxtəlif sahələri ilə bir məkanda tanış olmaq imkanı yaradır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az