Azərbaycan Premyer Liqasında "Sabah"la vacib qarşılaşmaya hazırlaşan "Qarabağ"ın sosial şəbəkə paylaşımı futbol azarkeşlərinin diqqətini çəkib.
Milli.Az-ın məlumatına görə, klubun rəsmi hesabında qarşıdakı matça həsr olunan animasiyalı video yayımlanıb. Yumor elementləri ilə seçilən görüntülər azarkeşlər arasında müzakirələrə səbəb olub.
Paylaşımda "Sabah"la qarşılaşmaya az vaxt qaldığına diqqət çəkilərək "Sabah"la qarşılaşmamıza sayılı günlər qaldı!" qeydi əlavə olunub.
Video sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)