Türkiyəli məşqçi Sergen Yalçının hücumçu transferi ilə bağlı açıqlaması maraq doğurub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, mütəxəssisə mətbuat nümayəndələri tərəfindən komandanın mərkəz hücumçusuna ehtiyacı olub-olmadığı barədə sual ünvanlanıb. Sergen Yalçın "Bəli, mərkəz hücumçusu olmadan olmaz. Düzünü deyirəm", - deyə cavab verib.
Jurnalistin belə bir futbolçunu haradan tapacaqları ilə bağlı sualı isə məşqçinin reaksiyasına səbəb olub. Yalçın zarafatla "İnstaqramdan... Nə deməkdir, haradan tapacaqsınız? Belə sual olar?" ifadələrini işlədib.
Onun jurnalistlə dialoqu sosial şəbəkələrdə diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)