“Borussiya” “Qarabağ”a təşəkkür etdi - (Foto)

21 Oktyabr 2026 15:40

Almaniya klubu "Borussiya" "Qarabağ"a təşəkkür edib.

Milli.Az xəbər verir ki, buna səbəb komandanın "Sabah"la oyundan sonra məşqləri "Azərsun Arena" da keçirməsidir.

"Borussiya" 3 gün sonra Almaniya Bundesliqası çərçivəsində "Ayntraxt Frankfurt" komandası ilə qarşılaşacağı üçün sonuncu məşqi də Bakıda edib. Bu barədə klubun rəsmi səhifəsində məlumat verilib.

Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən "Sabah" - "Borussiya" oyunu qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Milli.Az