Şəkinin 300 illik kəlağayısı: Tarixin ipək izi - (Foto)

21 Oktyabr 2026 15:32

Şəkidə təxminən 300 il əvvələ aid olan, uzunluğu 2 metr, eni isə 1,60 metr təşkil edən kəlağayı qorunub saxlanılır.

Bunu Milli.Az-a açıqlamasında "Süsən" Kəlağayı Mərkəzinin direktoru İradə Abdullazadə deyib. 

Onun sözlərinə görə, kəlağayı həmin dövrdə qadınların uzun boyu ilə seçilən geyim ənənəsini əks etdirir.

Şəki qədimdən ipəkçilik ənənələri ilə tanınıb. Şəki sənətkarlarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl geyimlər və al-əlvan kəlağayılar xarici ölkələrə ixrac olunub. Şəhər istehsal etdiyi ipəklə dünya miqyasında şöhrət qazanıb.

Qeyd edək ki, 1931-ci ildə Şəkidə keçmiş SSRİ-nin ən böyük ipək sənayesi müəssisələrindən biri olan ipək kombinatı da fəaliyyətə başlayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)