Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)

21 Oktyabr 2026 14:16

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az Anz.az-a istinadən xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəyi gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)