Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...

21 Oktyabr 2026 14:36

PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya zədələnib.

Milli.Az xəbər verir ki, klubun yaydığı məlumata görə, futbolçunun sağ dizində ön çarpaz bağlar qopub. Kvaratsxeliyanın yaxın günlərdə əməliyyat olunacağı bildirilir. Bu səbəbdən onun uzun müddət komandaya kömək edə bilməyəcəyi gözlənilir.

Xatırladaq ki, gürcüstanlı hücumçu Çempionlar Liqasının üçüncü turunda "Barselona" ilə oyunda xəsarət alıb. PSJ həmin qarşılaşmada rəqibini 4:2 hesabı ilə məğlub edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)