“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq

21 Oktyabr 2026 14:05

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən "Real"la qarşılaşmanı buraxacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ məlum deyil. Onun bərpa müddəti keçiriləcək növbəti tibbi müayinələrdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, Olmo UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda PSJ ilə matçda (2:4) xəsarət alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)