Fransa Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000D" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təyyarədə iki pilot olub.
Ekipaj üzvlərindən birinin cəsədi hadisə yerində tapılıb; onun şəxsiyyəti hələlik müəyyən edilməyib. İkinci hərbçinin - pilotun axtarışı davam edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)