"Kiş" Alban məbədini 9 ayda 49 mindən çox turist ziyarət edib
Bunu Milli.Az-a açıqlamasında "Kiş" Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnaz Rəsulova bildirib.
Şəki rayonunda yerləşən "Kiş" Tarix-Memarlıq Qoruğu 2026-cı ilin ilk 9 ayında 49 344 nəfər tərəfindən ziyarət edilib.
Onlardan 40 278-i bilet alaraq qoruğu ziyarət edib.
Bilet alan turistlərin 21 615-i yerli (53,66 faiz), 18 663-ü isə xarici (46,34 faiz) turist olub.
Bundan əlavə, 9 066 nəfər Alban məbədini ödənişsiz ziyarət edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)