Masazırda ölümlə nəticələnən qəza baş verib

21 Oktyabr 2026 09:48

Abşeron rayonunun Masazır kəndində avtomobil piyadanı vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, hadisə oktyabrın 19-da "Duzlu göl" adlanan ərazidə baş verib.

Belə ki, Vahim Vahidovun idarə etdiyi "Mercedes-Benz Viano" markalı avtomobil piyada Zaur Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)