Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

20 Oktyabr 2026 21:55

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb.

Baş vermiş  qəza nəticəsində 2022-ci il təvəllüdlü S. Quliyev həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)