Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - (Video)

21 Oktyabr 2026 07:07

Onlayn alış-verişdə ödəniş qəbul etmək üçün istifadə olunan mobil telefonların da POS-terminal sayılması təklif edilir. Söhbət lazımi proqramla təchiz edilən cihazlardan gedir. Bununla bağlı yeni qanun layihəsi milli məclisin komitə iclasında müzakirə edilib. Məqsəd qanundakı tələbləri müasir ödəniş imkanlarına uyğunlaşdırmaqdır. 

Layihədə satıcının qəbul etdiyi ödəniş üsulları barədə məlumat verməsi ilə bağlı tələb də dəqiqləşdirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı Xalid Kərimli bildirir ki, alıcı sifariş verərkən pulu hansı yollarla ödəyə biləcəyini aydın bilməlidir.

Dəyişikliklər qanunun əhatə dairəsinin genişləndirilməsini də nəzərdə tutur. Xalid Kərimlinin fikrincə, alış-verişin və ödənişin elektron qaydada qeydə alınması satışın gizlədilməsini çətinləşdirir.

Bəs tələblərin yenilənməsi alıcının ödədiyi məbləği artıracaqmı?

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)