Məktəbin ərazisi tikanlı məftillərlə əhatə olunub. Təhsil müəssisəsinə dörd tərəfdən olan girişlər artıq bağlanıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Sumqayıt şəhərində yerləşən 28 nömrəli tam orta ümumtəhsil məktəbindəndir.
Məlumata görə, məftillər küçə itlərinin əraziyə daxil olmaması üçün çəkilib. Məktəbə övladlarını gətirən valideynlərin sözlərinə görə, onlar ilk baxışdan bu mənzərədən narahat olublar.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, məktəbin əsas giriş-çıxışı açıqdır və şagirdlərlə valideynlərin gediş-gəlişinə məhdudiyyət yoxdur. Ərazinin yan hissələrində quraşdırılan məftilli çəpərlər isə yaşıllıqların qorunması və sahibsiz küçə itlərinin məktəbə daxil olmasının qarşısının alınması məqsədi daşıyır, - deyə Regional Təhsil İdarəsindən bildirilib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)