Bakıda 10-cu mikrorayon yaradıla bilər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bildirilir ki, yeni mikrarayon Cəfər Xəndan küçəsində 7- və 8-ci mikrarayon arasında ola bilər. Yeni mikrorayonun salınması ilə bağlı məlumat şəhərin bu hissəsinin gələcək inkişafını gündəmə gətirib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, bu mikrorayonun salınması yeni yaşayış massivilərinin yaradılması, ərazidə infrastrukturun genişləndirilməsi və əlavə yaşayış imkanlarının formalaşdırılması baxımından əhəmiyyətli ola bilər.
Yeni yaşayış massivinin salınması təkcə binaların inşası ilə məhdudlaşmır. Belə ərazilərdə yol şəbəkəsinin genişləndirilməsi, ictimai nəqliyyatın təşkili, məktəb və uşaq bağçaları kimi sosial obyektlərin əlçatanlığı da vacib məsələlərdəndir. Əhalinin artması mövcud nəqliyyat xətlərinə və xidmət sahələrinə tələbatı da yüksəldə bilər.
Ekspert deyir ki, buna görə də layihənin şəhərin ümumi inkişaf planına uyğun həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)