"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli

20 Oktyabr 2026 21:00

Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb.

Milli.Az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O, bildirib ki, 8 saat əməliyyatda qalıb:

"Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canından keçirsən. Mədəkiçiltmə əməliyyatı etdirdim, 45 kiloqram arıqladım. İmtahan dünyasındayıq. Hələ fikrim var, yenə arıqlayacağam". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)