Türkiyə Futbol Federasiyası (TFF) "Trabzonspor" klubunun prezidenti Ertuğrul Doğanın mərc oyunlarında iştirakına görə 45 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırıldığını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Komitəsinin yaydığı rəsmi bəyanatda bildirilib.
Məlumata görə, İntizam Komitəsinə göndərilən şəxslərdən 10-u "Trabzonspor", biri isə "Beşiktaş" klubunun nümayəndəsidir və onlar cəzalandırılıblar. "Qalatasaray" və "Fənərbağça" klublarından İntizam Komitəsinə göndərilən şəxslərdən isə heç biri cəza almayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)