Şirvan şəhərinin bir sıra ərazilərində su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.
Milli.Az xəbər verir ki, bu barədə Şirvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar oktyabrın 20-si saat 22:00-dan oktyabrın 21-i saat 06:00-dək şəhərin Kənd evləri və Bağ evləri yaşayış sahələrində, həmçinin H.Z.Tağıyev və Naxçıvan küçələrində suyun verilişində müvəqqəti məhdudiyyətlər yaranacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)