"Sabah" hesabı bərabərləşdirir - CANLI - YENİLƏNİR

20 Oktyabr 2026 21:25

Eyden Makkarti 39-cu dəqiqədə hesabı bərabərləşdirir.

----------
Kahim Parris 30-cu dəqiqədə fərqlənməyə çalışsa da, qol ofsayd səbəbindən qeydə alınmır.

--------------

Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.

10-cu dəqiqədə Seru Qirassi fərqlənib.

---------
Matç başladı.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" " və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb.

Milli.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.

Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)