Sabah iki rayonda qaz olmayacaq

20 Oktyabr 2026 19:26

Azərbaycanın iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan etibarən Daşkəsən və Ağstafa rayonlarının bəzi ərazilərinə qazın verilişi işlər başa çatanadək dayandırılacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)