Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)

20 Oktyabr 2026 18:57

1920-ci ildə Nəriman Nərimanovun Yevlaxdan Şəkiyə səfər etdiyi fayton bu gün Şəki Tarix-Diyarşünaslıq Muzeyində qorunur.

Milli.Az xəbər verir ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin ilk sədri Nəriman Nərimanov həmin ilin oktyabrında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmək məqsədilə Şəkiyə səfər edib.

Nərimanov Yevlaxdan Şəkiyə təxminən 6 saata elə bu faytonla gəlib.

Faytonu idarə edən şəxsin Şəkidən olması səbəbindən nəqliyyat vasitəsi sonradan Şəki Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə edilib.

Hazırda muzeydə sərgilənən fayton şəhərin tarixi ilə bağlı maraqlı eksponatlardan biri hesab olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)