Dünyanın müxtəlif ölkələrindən turistləri Şəkidə birləşdirən sənət məkanı - (Foto)

20 Oktyabr 2026 16:11

Şəkiyə yolu düşən turistlərin maraqla ziyarət etdiyi məkanlardan biri də "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzidir. 

Milli.Az xəbər verir ki, burada qədim sənət ənənələri ilə tanış olmaq, sənətkarların əl işlərini yaxından görmək və keramika sənətinin incəliklərini öyrənmək mümkündür. Müxtəlif ölkələrdən gələn qonaqların da diqqətini çəkən mərkəz Şəkinin sənətkarlıq irsini tanıdan məkanlardan biridir.

Qafqazda ilk Keramika Mərkəzi kimi tanınan bu sənətkarlıq məkanı fərqli ölkələrdən gələn turistlərin də diqqətini cəlb edir. Ziyarətçilər burada keramika sənəti ilə yaxından tanış olur, qədim sənət ənənələri və onların müasir üsullarla inkişaf etdirilməsi barədə məlumat əldə edirlər.

Qeyd edək ki, oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil edilib. Mediaturun məqsədi şəhərin daxili turizm imkanlarını, turistlər üçün yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etməkdir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)