Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar

20 Oktyabr 2026 15:35

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddətinin uzadılması məsələsinə bu gün məhkəmədə baxılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilib ki, istintaq orqanı Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə də bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Robert Köçəryan 2018-ci ildən etibarən konstitusiya quruluşunu devirmək ittihamı ilə üç dəfə həbs olunub. Hazırkı iş üzrə isə Ermənistanın ikinci prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham edilir.

Onun böyük oğlu Sedrak Köçəryan da eyni ittihamlarla əlaqədar həbs edilib.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da Robert Köçəryanla bağlı cinayət işi üzrə istintaqa cəlb olunub. Onun ölkədən çıxışına qadağa qoyulub.

Həm Robert Köçəryan, həm də oğlu onlara qarşı irəli sürülən ittihamları rədd edirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)