Bu ilin ilk 9 ayı ərzində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Xan Sarayını 128 min turist ziyarət edib.
Bunu Milli.Az- açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
"Xan sarayını ziyarət edən turistlərin təxminən 45 faizini xarici, 55 faizini isə yerli turistlər təşkil edib".
Qeyd edək ki, açıqlanan rəqəm ümumilikdə Şəki şəhərinə gələn turistlərin sayını deyil, məhz Şəki Xan Sarayına bilet alaraq ziyarət edənlərin sayını əks etdirir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)