Azərbaycanla Peru arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Limada Qarabağ xalçasının təqdimat mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Perudakı səfirliyi tərəfindən hədiyyə edilən xalça Lima şəhər meriyasının tabeliyində fəaliyyət göstərən Lima Metropoliten Muzeyinə təqdim olunub.
Mərasimdə Qarabağ xalçasının təntənəli açılışı baş tutub.
Tədbir Azərbaycan və Peru arasında diplomatik münasibətlərin əlamətdar yubileyinə həsr olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)